"Siyavuş Novruzov faktları təhrif edir": Mirşahindən sərt tənqid - VİDEO
28 Noyabr 2024
09:58 - 25 Mart 2022
Futbol üzrə dünya çempionatına daha iki milli komanda vəsiqə qazanıb.
Manset.az xəbər verir ki, Ekvador və Uruqvay yığmaları ötən gecə mundialın final mərhələsinə getməyə haqq qazanıb. Uruqvay Cənubi Amerika zonası üzrə seçmə mərhələnin XVII turunda evdə Perunu 1:0 hesabı ilə məğlub edib. Ekvador isə səfərdə Paraqvaya 1:3 hesabı ilə uduzsa da, xal fərqinə görə çempionata vəsiqə qazanıb. Hazırda sona bir tur qalmış hər iki komandanın 25 xalı və onlar 3-4-cü yerdə qərarlaşıbla. 5-ci sıradakı Peru millisinin 21 xalı olduğundan sonuncu turun nəticəsindən asılı olmayaraq, Ekvador və Uruqvay DÇ-2022-ə vəsiqəni təmin edib.
Qeyd edək ki, bu ilki dünya çempionatı 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin