İsraildə də üçüncü doz vaksinə icazə verildi

19:43 - 11 İyul 2021

İsraildə də üçüncü doz vaksinə icazə verildi

İsrail rəsmiləri iki doz “Pfizer/BionTech” vaksini vurulan immuniteti zəif şəxslərin üçüncü doz peyvəndləmədən keçməsini təsdiqləyiblər.

Manset.az  xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun “Delta” ştammının sürətlə yayıldığı ölkədə gündəlik yoluxma sayı 450-yə çatıb.

Səhiyyə naziri Nitzan Horovitz bildirib ki, bu qərar təcili olaraq qüvvəyə minəcək:

“İki doz “Pfizer/BionTech” vaksini vurdurub, immuniteti aşağı olanlar üçüncü dozu da vurduracaq”.

Əhalinin qalan hissəsinin üçüncü doz vaksinasiydan keçib-keçməyəcəyi ilə bağlı açıqlama verilməyib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin