Temperatur enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
16 Sentyabr 2024
16:47 - 23 Mart 2022
Anatoli Çubays Rusiya prezidentinin dayanıqlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən gedib.
Manset.az xəbər verir ki, bu barədə məlumatı Boolomberg iki mənbəyə istinadən yayıb. Məlumatda Çubaysın Rusiyanı tərk etdiyi də bildirilib.
TASS-dakı mənbə Çubaysın ölkədən getdiyini təsdiqləyib. Təsdiq olunmamış məlumatlara görə, hazırda Anatoli Çubays İstanbuldadır.
Qeyd edək ki, daha əvvəl Rusiya baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç Skolkovo Fondunun sədri vəzifəsini tərk edib. Bu, onun Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatı tənqid etməsindən sonra baş verib. Bununla yanaşı, Vahid Rusiya Partiyasının Ali Şurasının katibi Andrey Turçak Dvorkoviçi xəyanətdə ittiham edərək, onun vəzifədən çıxarılmasını təklif edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin