Peyvənd olunanların sayı açıqlandı

17:02 - 11 İyul 2021

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 732 vaksin vurulub.

Manset.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 809, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 923 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 107 950, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 474 911, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 633 039 təşkil edir.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin