Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
07:15 - 22 Mart 2022
Əməkdar artist Mətanət İsgəndərli ilə müğənni Qədir Qızılsəs arasında efirdə mübahisə düşüb.
Manset.az xəbər verir ki, ifaçılar "Günün sədası" proqramında sənətə gəldikləri ildən bəhs ediblər.
"35 ildir sənətdəyəm, Qədir müəllim yəqin 50 ildir sənətdədir" sözlərinə qarşı tərəf "Onda mənim 100 yaşım var ki... 35 ildir tanınıram" reaksiyasını verib.
Q.Qızılsəsin bu sözlərinə İsgəndərli əsəbiləşib. "Bayram vaxtı qramla qızıl hesablamayacağıq. Orta məktəbdə oxuyanda Qədir müəllimi tanıyıram. Yadımdadır ki, qızımın 1 yaşı var idi, Qədir Qızılsəs oxuyurdu" sözlərini söyləyib.
M.İsgəndərli daha sonra "Hər zaman insanı tərifləyəndə barıtını çox edirəm. Deyirəm, az edəcəm, özümdən asılı deyil" deyə, əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin