"Siyavuş Novruzov faktları təhrif edir": Mirşahindən sərt tənqid - VİDEO
28 Noyabr 2024
23:18 - 20 Mart 2022
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında Azərbaycan millisinin iki üzvü finala yüksəlib.
Manset.az-ın məlumatına görə, Nicat Hüseynov (51 kq) və Ruslan Qədirov (54 kq) həlledici görüşdə iştirak hüququna yiyələnib. Hüseynov yarımfinalda türkiyəli Mehmethan Çinarla üz-üzə gəlib. Gərgin keçən qarşılaşma azərbaycanlı boksçunun qələbəsi ilə başa çatıb - 3:2 (29:28, 27:30, 29:28, 29:28, 28:29).
Qədirov isə yarımfinalda eyni hesabla - 3:2 (27:30, 28:29, 29:28, 29:28, 29:28) ukraynalı Elmir Nəbiyevə qalib gələrək, həlledici döyüşdə iştirak hüququ qazanıb.
Hər iki qalib boksçu həlledici döyüşə martın 23-də çıxacaq.
Əvəzində Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) yarımfinalda məğlub olaraq bürünc medalla kifayətlənib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin