Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
09:27 - 11 İyul 2021
Türkiyə Fələstində daxili barışıq müddətini dəstəkləməyə davam edəcək.
Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin İstanbulda Türkiyə və Fələstin Dövlətinin prezidentləri Rəcəb Tayyib Ərdoğan və Mahmud Abbas arasında keçirilmiş danışıqlarla bağlı yaydığı açıqlamada deyilir.“Prezident Ərdoğan Türkiyənin Fələstindəki daxili barışıq prosesini dəstəkləməyə davam edəcəyini bildirib. O, ikitərəfli münasibətlərin iqtisadiyyat və ticarətdən tutmuş mədəniyyət, təhsil və turizmə qədər bütün sahələrdə müşahidə olunan müsbət inkişafdan məmnunluğunu dilə gətirib”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanla Mahmud Abbas arasında dar formatda baş tutan görüş 1 saat 15 dəqiqə davam edib, görüşün ardından nümayəndə heyətlərinin iştirakı ilə dialoq keçirilib. Geniştərkibli formatda keçən danışıqlar 1 saat 10 dəqiqə çəkib.
Türkiyə tərəfindən müzakirələrdə xarici işlər naziri Mövlud Çavuşoğlu, rabitə idarəsinin rəhbəri Fahrettin Altun, Prezidentin mətbuat katibi İbrahim Kalın və Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin