Türkmənistan Əfqanıstanla sərhədə ağır hərbi texnika çıxardıb

08:10 - 11 İyul 2021

Türkmənistan Əfqanıstanla sərhədə ağır hərbi texnika çıxardıb

Türkmənistan Əfqanıstanla sərhəddə yerləşən Sərhədabad şəhərinə ağır hərbi texnikalar göndərib.

Manset.az xəbər verir ki, "Report"un məlumatına görə, bu barədə "Turkmen.news" portalı bir neçə məlumatlı mənbəyə istinadən xəbər verib.

Xüsusilə tanklar, silahlar və zirehli nəqliyyat vasitələri sərhədə yerləşdirilib. Redaksiyada müvafiq fotolar olsa da, nəşr çəkiliş müəlliflərinin təhlükəsizliyi naminə onları yayımlamayıb.

Mənbənin verdiyi məlumata görə, cənub sərhəd bölmələrinə son üç gündə bir neçə dəfə döyüş həyəcanı siqnalı verilib. Bundan əlavə, 9 iyul gecəsi Əfqanıstan ərazisindən güclü partlayış səsləri eşidilib.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin