5 hərbçi yol qəzasında öldü - MN açıqladı (YENİLƏNİB)
28 Noyabr 2024
21:04 - 19 Mart 2022
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.
Manşet.az xəbər verir ki, turun sonuncu oyununda "Zirə" "Qarabağ"ı qəbul edib.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin ilk qolunu 10-cu dəqiqədə Ramil Şeydayev vurub.
47-ci dəqiqədə Kadi Borges ikinci dəfə meydan sahiblərini məyus edib. "Zirə"nin qapıçısı Mehdi Cənnətov penaltini dəf etsə də, 26 yaşlı braziliyalı yarımmüdafiəçi qayıdan topu qapıdan keçirib. Borges 64-cü dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 46-a çatdıran "Qarabağ" liderliyini daha da möhkəmləndirib. "Qartallar" isə 35 xalla üçüncü sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Sabah" evdə "Səbail"i minimal hesabla yenib - 1:0. Turun ilk oyun günündə "Keşlə" evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib, "Neftçi" isə "Qəbələ"yə qalib gəlib - 4:0.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin