Abşeronda yol qəzası - Xəsarət alan var

00:10 - 11 İyul 2021

Abşeronda yol qəzası - Xəsarət alan var

Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manset.az-ın report-a istinadən  məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Qasımov Kamran Mürsəl oğlu xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

23 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin