Ağsudakı dəhşətli cinayətin qızın sevgilisi tərəfindən törədildiyi 5 il əvvəl "Səni axtarıram"da iddia olunub - ŞOK VİDEO

20:30 - 19 Mart 2022

Ağsudakı dəhşətli cinayətin qızın sevgilisi tərəfindən törədildiyi 5 il əvvəl

Xəbər verdiyimiz kimi Ağsuda 5 il əvvəl Ayşən Qəhrəmanovanın qətlə yetirilməsinə görə, Bilal Vəliyev, Asif Manafov və onun atası Arif Manafov şübhəli şəxs qismində saxlanılıblar.

 

Manset.az-ın məlumatına görə, qeyd edilən cinayət hadisəsi hələ 5 il əvvəl Xoşqədəm Hidayətqızının aparıcısı olduğu məşhur "Səni axtarıram" proqramında günlərlə müzakirə olunub. Müzakirələrdə cinayətin qızın sevgilisi Asif Manafov tərəfindən törədildiyi iddia edilib. Dünən X.Hidayətqızı bununla bağlı “Səni Axtarıram” proqramında açıqlama verərək, illər öncə bu cinayətin törədilməsində bütün şübhələrin A.Manafovun üzərində dayanması ilə bağlı Ağsu rayonunun sabiq prokuroru Elvin Şirinova (red. Baş Porkuror Kamran Əliyev tərəfindən işində yol verdiyi nöqsanlara görə, vəzifəsindən azad olunub) təqdim etdiyini bildirib. Lakin işə məsuliyyətsiz yanaşılmasının nəticəsi olaraq cinayət hadisəsi bağlı qalıb.

Qeyd edək ki, İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar.

Qeyd olunan əraziyə baxış zamanı A.Qəhrəmanovanın meyitin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.

Xatırladaq ki, martın 18-də Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda A.Qəhrəmanovanın qətlinə görə Asif Manafovun şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdi.


“Səni Axtarıram”dakı  5 il əvvəl bu hadisə ilə bağlı aparılan müzakirələri təqdim edirik:(Videoda sözügedən cinayətlə bağlı müzakirələr 20-ci dəqiqədən başlayaraq 50-ci dəqiqəyə qədər davam edir.)

 


 



Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin