Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatdı

15:51 - 19 Mart 2022

Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatdı

Ağsuda 5 il əvvəl qadını qətilə yetirən şəxsin atası və tanışı tutulub.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il yanvar ayının 28-də Ağsu şəhər sakini Ayşən Qəhrəmanovanın naməlum şəxs tərəfindən öldürülməsi ilə əlaqədar Ağsu şəhər sakinləri - Bilal Vəliyev, Asif Manafov və atası Arif şübhəli şəxs qismində saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Asif Manafov münaqişə zəminində A.Qəhrəmanovanı şəhər ərazisindəki qəbiristanlıqda bıçaqla öldürüb, sonradan atası Arif və B.Vəliyevin köməyi ilə meyiti Kürdəmir rayonunun Kəngərli kəndi ərazisində basdırıblar.

Qeyd olunan əraziyə baxış zamanı A.Qəhrəmanovanın meyitin qalıqları və geyim əşyaları aşkar edilərək götürülüb.

Xatırladaq ki, martın 18-də Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda A.Qəhrəmanovanın qətlinə görə Asif Manafovun şübhəli şəxs qismində tutulduğu qeyd edilmişdi.


Xəbər xətti

6 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin