Gənc şair faciəvi şəkildə öldü
16 Noyabr 2024
13:59 - 19 Mart 2022
"Mən bu gün bizdən danışmaq istəyirəm. Bizdə hər şey var: idmançılarımız, yaradıcılarımız, qırıcılarımız heç kimdən geri qalmır, üstündür. Üstün olmayan ancaq münasibətdir. Münasibətdə qiymət verməyə ya ləngiyirik, ya da qiymət vermirik. Hər bir uğurun səbəbi pul, imkan olsa da, bunun əsası motivasiya, ruh yüksəkliyidir".
Manset.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva deyib. Aktrisa aparıcısı olduğu "Söhbət var" proqramında təsirli çıxışı ilə diqqət çəkib. O, insanları bir-birinə dəyər verməyə və dəstək olmağa səsləyib:
"Dağın yanında olanda başındakı qarı görə bilməzsən. Dağdan uzaqlaşanda o zaman zirvədəkini görə bilərsən. Niyə xaricdə gedib uğur qazanandan sonra həmin adamlara fikirlərimiz dəyişir. Gəlin, küsdürməyək, barışaq, itələməyək, yaxınlaşaq, təslim olmayaq, savaşaq... Qadınları yalnız 8 martda təbrik etməyək, küsülüləri Novruz bayramında təbrik etməyək, üzr istəyəndən sonra bağışlamayaq, yalnız səhnədə olanları alıqşlamayaq: pərdə arxasında olanlar var".
Ətraflı videoda:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin