FHN Hospitalının işçiləri ayağa qalxdı - maaşlarımız verilmir! -VİDEO

13:37 - 19 Mart 2022

FHN Hospitalının işçiləri ayağa qalxdı - maaşlarımız verilmir! -VİDEO

Bakıda bir qrup tibb işçisi Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının qarşısında aksiya keçirib.

 

Manset.az bakupost.az-a istinadən xəbər verir ki, onlar aylarla əməkhaqqlarının verilməməsindən şikayətçidirlər:

“FHN hospitalında sentyabr ayından bəri işləyirəm. Bizim maaşları həmişə gecikdirirlər. Burda yüzlərlə əməkdaş bu gündədir. Maaşımızı istəyəndə deyirlər, pul köçürülməyib. 3 aydır pul ala bilmirik. Camaat evində bayram keçirir, bizim bayram qara gəlib”.

Təzyiqlə işdən çıxarıldıqları deyən şikayətçilər 102 xidmətinə də müraciət ediblər:

“Bizi məcburi şəkildə ərizə yazdırıb işdən çıxartdılar. 102-yə zəng vurmuşuq. Bayaq bura gələn polisi belə içəriyə buraxmırlar. Belə özbaşınalıq olar?! Camaatın yolpulu belə yoxdur... Burada 500 bəlkə də ondan artıq həkimindən tutmuş, adi işçisinə kimi maaş üzü görməyən insanlar var. 3 ay maaşımı vermədikləri halda məcbur edib ərizəmizi yazdırıb, çölə atdılar”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlamışıq.

Daha ətraflı videoda:

 


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin