Almaniyada ilk dəfə haker hücumuna görə fövqəladə vəziyyət elan edildi

20:57 - 10 İyul 2021

Almaniyada ilk dəfə haker hücumuna görə fövqəladə vəziyyət elan edildi

Almaniyanın Anhalt-Bitterfeld bölgəsində haker hücumu səbəbiylə fövqəladə vəziyyət elan edilib, bu, Almaniyada ilk hadisədir.

Manset.az-ın məlumatına görə, bu barədə "Die Zeit" qəzeti yazıb.

Bir neçə gün əvvəl bölgənin kompüter sisteminə də hücum edilib. Qeyd olunub ki, dövlət idarələrinin işləri demək olar ki, iki həftədir iflic vəziyyətindədir. Bu müddət ərzində sosial və digər müavinətlər ödənilməyib.

Almaniyadakı Federal İnformasiya Təhlükəsizliyi Ofisi artıq problemin aradan qaldırılması üçün hərəkətə keçib.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin