BƏƏ-yə uçan təyyarə Bakıda məcburi eniş etdi
25 Noyabr 2024
14:28 - 18 Mart 2022
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artaraq 1 830,4 mln. manat təşkil edib və proqnoz 108,7% səviyyəsində icra olunub.
Manset.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 41,8% artaraq 1 398,8 mln. manat olub və proqnoz 108,7% səviyyəsində yerinə yetirilib.
“Daxilolmaların 76,4%-i qeyri-neft-qaz sektorunun payına düşüb”, - M. Cabbarov əlavə edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin