COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
10:36 - 18 Mart 2022
Baş Prokurorluqda kadr islahatı olub.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Vüqar Hacıyev Ağcabədi rayon prokuroru, İlkin Mustafayev Ucar rayon prokuroru və İlqar Səadətov Laçın rayon prokuroru təyin edilib.
K.Əliyevin digər əmri ilə Asim Yusifov Baş prokurorluğun Dövlət Təhlükəsizliyi, Fövqəladə Hallar və Sərhəd Xidməti Orqanlarının İstintaq, Tədqiqat Əməliyyat-Axtarış Fəaliyyətində Qanunların İcrasına Nəzarət İdarəsinin rəis müavini təyin edilib.
O, bundan əvvəl Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub.
Baş Prokurorluğun Mətbuat Xidməti Oxu.Az-a məlumatı təsdiqləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin