Vyetnamda həlak olmuş amerikalı hərbçilərin cəsədləri vətənə qaytarılır

18:12 - 10 İyul 2021

Vyetnamda həlak olmuş amerikalı hərbçilərin cəsədləri vətənə qaytarılır

Vyetnam hökuməti bu ölkədə müharibə dövründə həlak olmuş iki amerikalı hərbçinin cəsədlərini ABŞ nümayəndələrinə təhvil verib.

Manset.az  “Nhandan”a istinadən bildirir ki, mərasim ötən gün, paytaxt Hanoyun hava limanında keçirilib.

Bu, ABŞ ordusunun Vyetnamı tərk etdiyi 1973-cü ildən bəri sayca 155-ci belə mərasimdir. Cəsədlər aprel – iyul aylarında keçirilmiş birgə axtarışlar nəticəsində tapılıb. təşkil edilib.

Mərasimdə nitq söyləyən ABŞ-ın müvəqqəti işlər vəkili Kristofer Klein bildirib ki, Vyetnam müharibəsində itkin düşmüş hərbçilərin cəsədlərinin axtarışları iki ölkə arasındakı humanitar əməkdaşlığın mühüm istiqamətidir.

Qeyd edək ki, Hindi-Çin regionunda müharibə başa çatarkən 2 mindən artıq amerikalı hərbçi və mülki şəxs itkin hesab olunurdu. Bunların 1 900-dan artığı Vyetnamın, 5 000-ə qədəri Laosun, 90 nəfəri də Kambodjanın payına düşür.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin