Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ
24 Noyabr 2024
10:03 - 17 Mart 2022
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə qəbul prosesində şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına üstünlük verilir.
Manset.az APA-ya istinadən xəbər verir ki, bu günlərdə 44 günlük Vətən müharibəsinin daha iki qazisi - Şixizadə Natiq Əbülfət oğlu və Bağırov Ceyhun Taleh oğlu Nazirliyin tabeliyindəki DOST İş Mərkəzinə işə qəbul olunub.
Hər iki qazi ölkəmizin ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda şərəfli döyüş yolu keçib. Prezident İlham Əliyevin Sərəncamları ilə N.Şixizadə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, C.Bağırov isə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar.
N.Şixizadə Mərkəzin İnsan resursları departamentində baş mütəxəssis, C.Bağırov isə mütəxəssis vəzifələrində işə başlayıblar.
Ümumilikdə hazırda DOST İş Mərkəzinin Aparatında 7 nəfər Vətən müharibəsi qazisi, 1 nəfər şəhid ailəsi üzvü çalışır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin