Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artist dəfndə - FOTOLAR

16:11 - 16 Mart 2022

Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artist dəfndə - FOTOLAR

Bir müddətdir qarışıq birləşdirici toxuma xəstəliyindən əziyyət çəkən Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Əməkdar artist Mələk Abbaszadə ilk dəfə ictimaiyyət arasına çıxıb.

 

Manset.az Qafqazinfo-a istinadən xəbər verir ki, o, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun dəfn mərasiminə qatılıb.

Mərhumla bağlı xatirələrini bölüşən Abbaszadə onun vəfatının çox ağır olduğunu deyib: “Əfsanə insan haqda nə demək olar, bilmirəm. Çox ağırdır, danışa bilmirəm. O, dahi olması ilə yanaşı, hər bir insana çox yaxın idi. Çox sadə, çox istiqanlı idi. Heç vaxt öz hisslərini ifadə etmirdi...”.

O, sənətkarın məzarına məhz sarı güllər gətirməsini belə izah edib: “Sarı rəng ayrılıq rəmzidir. Mən heç vaxt sarı gül bağışlamamışam. Həmişə qorxurdum ki, əgər bir doğma, yaxın insana sarı gül bağışlasam, onları itirə bilərəm. İlk dəfə sarı gül gətirdim...”.

Aktrisa R. İbrahimbəyovun banisi olduğu “İbrus” teatrı barədə də fikir bildirib: “Çox inanıram ki, biz onun işini davam etdirə biləcəyik. Onun burada öz evi kimi sayılan “İbrus” teatrı var. Biz bir vaxtlar ailə kimi idik. Son vaxtlar biz bütün bunları bərpa etmək istəyirdik, məşq etdiyimiz pyes var idi. Təəssüf ki, onu sona çatdıra bilmədik. Çox ümid edirəm ki, bunu edəcəyik. Bu teatrın yaşaması bizim hər birimizin borcudur”.

Səhhəti haqda danışan Mələk Abbaszadə müalicəsinin yekunlaşmaq üzrə olduğunu deyib: “Demək olar, sağalmışam. Müalicəm davam edir, aprelin ortalarında bitməlidir. Əsas odur ki, normal həyata qayıtmışam. Remissiyaya da bir qədər vaxt lazımdır. Daha sonra işimin başına dönəcəyəm. Aprel ayından teatrda çıxış etməyi planlaşdırıram. Düşünürdüm ki, martda başlayaram, pandemiyaya görə qorxdum. Özümü sığortaladım, çünki orqanizmim hələ də viruslara həssasdır. Düşünmürəm ki, işim bərpa olunmağıma kömək edəcək. Yaradıcı insanları incəsənət sağaldır”.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin