COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
14:00 - 16 Mart 2022
Rusiya ilə Ukrayna arasında 21 gündür davam edən müharibə cəbhədə olduğu kimi diplomatik masalarda və siyasi səhnədə də davam edir. Rusiyanı sanksiyalarla qorxutmağa çalışan dövlətlərin bu dəfəki hədəfinin isə Vladimir Putin olacağı qeyd edilib.
Manset.az Sfera.az-a istinadən xəbər verir ki, hazırda xüsusilə İngiltərədə toplanan bu yeni nəsil rus milyarderlərinin aktivləri müsadirə edilir və onların kommersiya əməliyyatları qadağan olunur. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin də Londonda olduğu düşünülən şəxsi sərvəti gündəmə gəlib. Belə ki, Böyük Britaniya Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edən Milli Cinayət Agentliyi (NCA) xüsusi yaradılmış "Kleptokratiya” (bir ölkədə hakimiyyəti ələ keçirən siyasi qrupun sistemli şəkildə həmin ölkənin resurslarını taladığını ifadə edən termin) bölməsi ilə Putinin aktivlərini tapmağı hədəfləyib. Rusiya liderinin milyonlarla funt sterlinqlik şəxsi sərvətinin Londonda gizlədildiyi güman edilib.
Məlumata görə, NCA bu araşdırmanı kəşfiyyat bölmələri ilə birgə aparır. Putinin bu sərvəti Kremlin "təsdiqlənmiş” sövdələşmələri sayəsində iş adamları vasitəsilə qazandığı iddia olunub. Amerikalı maliyyə ekspertinin sözlərinə görə, Rusiya liderinin şəxsi sərvəti 200 milyard dollar civarındadır və bu onu dünyanın ən zəngin adamı edir. Putinə qarşı sanksiya tətbiq etmək qərarına gələn NCA bununla da müəyyən etdiyi aktivləri dondurmaq səlahiyyəti əldə edir. Rusiya hökuməti ilə ortaq işləyən "çirklənmiş” elitanı müəyyən etməklə gələcəkdə korrupsiyanın qarşısını almaq da bu yeni kəşfiyyat bölməsinin məqsədlərindən biri kimi göstərilib.
Qeyd edək ki, rəsmi mənbələr Rusiya prezidenti Vladimir Putinin illik gəlirini 10 milyon rubl olaraq açıqlayıb. Bu, illik 70 min funt-sterlinq maaşa bərabərdir. Lakin reallığın tamam başqa olduğu bildirilir. Digər tərəfdən, NCA Putindən sonra Belarus kimi bu müharibədə Rusiyaya dəstək verən ölkələrlə bağlı da bu cür tədqiqatların aparılacağını elan edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin