<

"Gözləmirdim belə bir yüksək ordeni, mənim üçün süpriz oldu" - Vaqif Məmişov

16:55 - 15 Mart 2022

Xəbər verdiyimiz kimi bu gün Prezident İlham Əliyev tanımış iş adamı, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişovu "Dostluq" ordeni ilə təltif edib.

 

Manset.az yüksək ordenlə təltif edilən Vaqif Məmişovun təəssüratlarını öyrənib. O saytımıza açıqlamasında belə bir mükafatın onun üçün gözlənilməz olduğunu bildirib.

“Allah cənab Prezidentimizin canını sağ eləsin, məni çox sevindirdi. Gözləmirdim belə bir ordeni, mənim üçün süpriz oldu. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizi qorusun. Cənab Prezident tarix yazdı, bizim başımızı ucaltdı. Mən fəxr edirəm ki, belə bir mərd Prezidentimiz var, belə bir ölkəmiz var. Mən həmişə çalışmışam ki, xaricdə ölkəmiz üçün nəsə edim. İnsanın əməyinə qiymət vermək çox böyük işdir.”


“Mən hazırda çox sevincliyəm ki, bel bir yüksək ordenlə təltif olunmuşam. Bu həmdə çiynimizə böyük məsuliyyət qoyur ki, vicdanla fəaliyyət göstərməliyik. Bir daha cənab prezidentə təşəkkür edirəm.”


Xəbər xətti

17 Avqust 2022