Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Bakıya gəlib.
Manset.az axşam.az-a istinadən xəbər verir ki, İnstaqramda 17,1 milyon izləyicisi olan Hüseyn uşaqlığının keçdiyi evə yollanıb. Qapını bağlı görən bloger həyətə darvazanın başına çıxaraq keçməyə çalışıb.
Həsənov daha sonra şəhər gəzintisinə çıxıb və fanatları ilə şəkillər çəkdirib. Daha sonra atasını görməyə gedən bloger göz yaşlarını saxlaya bilməyib.