Bakıda xanım sürücü avtomobillə mağazaya girdi - FOTO

23:28 - 9 İyul 2021

Bakıda xanım sürücü avtomobillə mağazaya girdi - FOTO

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədova və Süleyman Sani Axundov küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “KİA” markalı nəqliyyat vasitəsini idarə edən xanım sürücü sükan arxasında yuxulayıb.

Sükana nəzarətin itirilməsi avtomobilin yoldan çıxmasına səbəb olub.

Nəqliyyat vasitəsi inşaat malları mağazasına çırpılıb.

Nəticədə sürücü xəsarət alıb.

Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.



Xəbər xətti

23 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin