Azərbaycanlı biznesmen 20 milyon qarşılığında sərbəst buraxıldı
30 Yanvar 2025
21:58 - 9 İyul 2021
İyulun 9-da saat 18 radələrində Lerik rayonu ərazisində "Relax" istirahət mərkəzində çayçı işləyən, Lənkəran rayonu Təngivan kənd sakini, 1980-ci il təvəllüdlü Sücayev Anar Hüseyn oğlunun meyiti işlədiyi çayxanadan təqribən 20 metr aşağıda axan dağ çayında aşkar olunub.
Manset.az xəbər verir ki, Lerik rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
Anar Sücayevin ölüm səbəbinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin olunub.
Faktla bağlı Lerik rayon prokurorluğunda araşdırma aparılır.
İctimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Qeyd edək ki, "Relax" istirahət mərkəzi 78 saylı Lerik seçki dairəsindən deputat seçilən İqbal Məmmədova məxsusdur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin