“Şuşa adi şəhər deyil” - Ukrayna səfiri

21:37 - 9 İyul 2021

“Şuşa adi şəhər deyil” - Ukrayna səfiri

“Mən Şuşaya çoxdan səyahət etmək istəyirdim. Bu gün bu imkanı qazandığıma şadam. Çünki bura adi şəhər deyil, həm də Azərbaycanın mədəniyyət paytaxtıdır”.

Manset.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Şuşada  açıqlamasında deyib.

“Burada olub, bütün tarixi öz gözünlə görürsən, dağları, enerjini hiss edirsən. Mədəniyyət sahəsində Azərbaycanın ən məşhur insanları burada doğulub, yaşayıb-yaradıblar. Ukrayna-Azərbaycan münasibətləri baxımından bizim üçün ən maraqlısı Yusif Vəzir Çəmənzəminlinin burada doğulmasıdır.

Görkəmli nasir və siyasi xadim olan Çəmənzəminli 100 il bundan əvvəl Azərbaycanın Ukrayna Xalq Respublikasında səfiri olub. Bu gün həm də Azərbaycanda Diplomatiya günü olmasından istifadə edərək, təbriklərimi çatdırmaq istəyirəm”, - deyə diplomat bildirib.

Apa


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin