Ramiz Mehdiyevin həbs olunan köməkçisi azadlığa çıxdı - RƏSMİ

15:03 - 14 Mart 2022

Ramiz Mehdiyevin həbs olunan köməkçisi azadlığa çıxdı - RƏSMİ

AMEA prezidenti Katibliyinin sabiq rəisi Eldar Əmirov azadlığa buraxılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, Eldar Əmirov bu günlərdə azadlığa çıxıb.

 

Məsələ ilə bağlı Manset.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov onun məhkəmənin qərarı ilə azad olunduğunu bildirib.

“Eldar Əmirov bir ay bundan qabaq inzibati xəta törətdiyinə görə həbs olunmuşdu. Yasamal Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs edilmişdi. Həbsin vaxtı bitdiyinə görə azad olunub.”

 

Qeyd edək ki, Eldar Əmirov Ramiz Mehdiyevin köməkçisi də olub.
 


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin