SOCAR-ın dəstəyi ilə peşəkar inkişaf proqramında 222 nəfərə ödənişsiz təhsil imkanı yaradıldı

15:19 - 13 Mart 2022

SOCAR-ın dəstəyi ilə peşəkar inkişaf proqramında 222 nəfərə ödənişsiz təhsil imkanı yaradıldı

SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) şirkətindəki tərəfdaşlarının maliyyə dəstəyi ilə, ötən ilin sentyabrından sosial sərmayə təşəbbüsləri çərçivəsində dövlətimizin strateji hədəflərindən biri olan rəqəmsal transformasiyanın uğurla həyata keçirilməsi və bu sahədə yerli kadr potensialının inkişaf etdirilməsi məqsədi ilə kibertəhlükəsizlik və data (verilənlər) təhlili üzrə peşəkar inkişaf proqramlarının birinci mərhələsi uğurla yekunlaşıb.

 

Manset.az xəbər verir ki, proqramın bu mərhələsində 222 nəfərə ödənişsiz təhsil imkanı yaradılıb.

Ötən ilin sentyabr ayından başlayan və 10 ay davam edən proqram çərçivəsində iştirakçıların kibertəhlükəsizlik və data (verilənlər) təhlili üzrə təhsili ilə yanaşı, işlə təminatına dəstək verilməsi də nəzərdə tutulub. Bu məqsədlə martın 13-də Azərbaycan Milli Xalça Muzeyində keçirilən əmək yarmarkasında ölkəmizin əmək bazarında innovativ ideyalarla çıxış edən, öz işçi mühitində gənc və yüksək potensiallı kadrlara üstünlük verən dövlət qurumları və tanınmış şirkətlərdən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, “Pasha Holding”, Azercell, Azərbaycan Beynəlxalq Bankı, “Azərkosmos”, Sumqayıt Texnologiyalar Parkı, Kapital Bank, “eManat”, Rabitəbank, “Bank of Baku”, “Pasha Həyat”, “Pasha Insurance”, Prosol, Avrora və başqaları təmsil olunub. Əmək yarmarkasında iştirakçılara şirkət və ya müəssisələr haqqında ətraflı məlumat verilib, onların bacarıq və təcrübələrinə uyğun mövcud vakant iş yerləri təklif edilib.

“IBM Kibertəhlükəsizlik” və “Google Data Analitikası” peşəkar sertifikat proqramının ikinci mərhələsinə aprelin 1-dən start veriləcək və bu mərhələdə 220 yeni iştirakçı ödənişsiz təlimlərə qatılacaq.

 


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin