Mahir Emrelinin "Dinamo"nun heyətində ilk derbisi

23:22 - 12 Mart 2022

Mahir Emrelinin

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Dinamo" (Zaqreb) komandasının heyətində Xorvatiya Liqasında növbəti oyununu keçirib.

Manset.az-ın məlumatına görə, 25 yaşlı hücumçu XXVII turun "Hayduk"a qarşı prinsipial matçında meydana çıxıb.

Split şəhərindəki "Polyud" stadionunda təşkil olunmuş qarşılaşma bərabərliklə yekunlaşıb - 0:0.

Start heyətində yer alan Emrelinin 41-ci dəqiqədə fərqlənmək üçün yaxşı şansı olsa da, başla zərbəsi dəqiq alınmayıb. O, 56-cı dəqiqədə əvəzlənərək, yerini komanda yoldaşı Marko Toliçə verib.

"Hayduk"un heyətində isə "Neftçi"nin sabiq müdafiəçisi Dario Melnyak sonadək çıxış edib.

Bu nəticədən sonra xalını 54-ə çatdıran "Dinamo" liderliyini qoruyub. "Hayduk" isə 49 xalla 4-cü yerdə gedir.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin