Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” ciddi itki ilə üzləşib.
Manset.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Qol.az-a verdiyi məlumata görə, komandanın əsas oyunçularından olan Elvin Cəfərquliyev zədələnib.
Topuq bağları qırılan müdafiəçi yaxın günlərdə Almaniyada əməliyyat olunacaq. Onun ən azı 2-3 ay yaşıl meydanlardan uzaqda qalacağı gözlənilir.