Azərbaycan akrobatları Bakıdakı dünya çempionatında bürünc medal qazandı

17:38 - 11 Mart 2022

Azərbaycan akrobatları Bakıdakı dünya çempionatında bürünc medal qazandı

Azərbaycan akrobatları Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı dünya çempionatının bürünc medal qazanıblar.

 

Manset.az xəbər verir ki, cütlük qarışıq hərəkətlərdə (temp və balans) 28.270 xala layiq görülüb.

ABŞ komandası qızıl, Qazaxıstan isə gümüş medala sahib çıxıb.

Qeyd edək ki, Abbasov və Rəfiyevdən ibarət cütlük martın 12-də temp, martın 13-də balansla hərəkətlərdə finalda mübarizə aparacaqlar.


Xəbər xətti

28 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin