Hakim vəkili cərimələdi - digər hakim sildi

13:53 - 11 Mart 2022

Hakim vəkili cərimələdi - digər hakim sildi

Abşeron rayon məhkəməsinin hakimi tərəfindən cərimələnən vəkil Qanqa İbrahimovun cəriməsi ləğv edilib.

 

Manset.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özü sosial şəbəkə hesabında paylaşım edib. Vəkil bildirib ki, cəriməni məhkəmə qaydasında sildirib:

"Abşeron rayon məhkəməsində bu gün keçirilən iclasda cərimənin götürülməsi barədə ərizəm təmin edildi. Ədaləti bərqərar etdiyinə görə hakim Cəmilə xanım Səfiyevaya təşəkkür edirəm".

Qeyd edək ki, bir müddət öncə Qanqa İbrahimov hakim Elman Məmmədova məhkəmə iclasını vaxtında başlamadığı üçün etiraz etmişdi. Proses başlayandan sonra isə hakim vəkilin əsassız vəsatət verdiyini bildirərək onu 500 manat cərimələmişdi. Vəkil cərimənin vəsatətlə bağlı olmadığını, hakimə irad tutduğuna görə cərimələndityini iddia etmişdi.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin