Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
17:40 - 10 Mart 2022
Azərbaycan idmançısı Elnurə Məmmədova Bolqarıstanın paytaxtı Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında “fair play” hərəkəti ilə diqqət çəkib.
Manset.az xəbərinə görə, 55 kq çəki dərəcəsində çıxış edən Elnurə ilk görüşündə – 1/4 finalda Slovakiya güləşçisi Mariya Martinçukla qarşılaşıb.
Güləşçimiz 4:3 hesabda öndə olduğu vaxt rəqib zədələnib. Həkimlərin müdaxiləsindən sonra Mariya Martinçuk güləşməyə başlayıb. Lakin hesab 10:3 olanda rəqib yenidən həmin yerdən zədə alıb. Rəqib güləşə bilmədiyindən qələbə idmançımıza verilib.
Elnurə isə “fair play”ə imza atıb. Hakimin iki dəfə icazə verməməsinə baxmayaraq, o sonda zədəli rəqibini güləş döşəyindən kürəyində çıxarıb.
Qeyd edək ki, Elnurə Məmmədova yarımfinalda moldovalı Mixaela Samoilə heç bir şans tanımayıb – 11:4. Finala yüksələn Məmmədova bu gün rumıniyalı Andrea Ana ilə həlledici qarşılaşmaya çıxacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin