DYP avtomobili qəzaya düşdü - Polis xəsarət aldı

11:54 - 9 İyul 2021

DYP avtomobili qəzaya düşdü - Polis xəsarət aldı

Cəlilabadda yol qəzasında xəsarət alan polis əməkdaşının kimliyi məlum olub.

Manset.az-ın report-a istinadən məlumatına görə, qəza nəticəsində polis serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə ağır kəllə-beyin travması alıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə şahidlərinin "Report"un yerli bürosuna verdiyi məlumata görə, “Hyundai” markalı minik avtomobili idarəetməni itirib və Yol Patrul Xidmətinin avtomobili ilə toqquşub. Daha sonra "Man" markalı yük avtomobili hər iki avtomobilə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin