"Gülayın səsini eşidəndə az qaldı beynimə qan sızsın" - Elza Seyidcahan (VİDEO)

16:42 - 10 Mart 2022

Əməkdar artist Elza Seyidcahan müğənni Gülay Zeynallıdan danışıb.

 

Manset.az xəbər verir ki, "Günün sədası" proqramına qatılan ifaçı Gülayın onun yazdığı mahnının sözlərini düzgün tələffüz etmədiyini deyib.

"Gülay mahnını mənsiz ifa edib radioya verib. Xətrinə dəymədim. Orada deməlidir ki "Əl çəksin kədər". Bu da deyir "əl çəhsin kədər". "Çəhsin" sözü var? Mən də maşında qulaq asanda, az qaldı beynimə qan sızsın. Mən bəstəkaram axı.

Ədəbi dilimizi də belə qoruyun. Mənə də instaqramda yazıb ki, pul verib almışam, ürəyim nə vaxt istəyəcək, oxuyacam. Mahnıya da az pul verib. Deyib, gücüm çatmır, mən də gücü çatan qədər aldım. Onun "Pul vermişəm, kefim istəyəndə oxuyacam" sözü xətrimə dəydi".

Ətraflı videoda:



Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin