Flora Kərimova Afəti məhkəməyə VERDİ

14:45 - 10 Mart 2022

Flora Kərimova Afəti məhkəməyə VERDİ

Müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət xalq artisti Flora Kərimova tərəfindən verilib.

 

Manset.az xəbər verir ki, bu haqda Flora Kərimova özü bildirib.

Xalq artistinin sözlərinə görə, Afət Fərmanqızı onun müalicəsi barədə qeyri-etik ifadələr işlədib:

"Mən xalq artistiyəm, sənətkaram. Afət Fərmanqızı mənim şərəf və ləyaqətimi təhqir edib. Həmçinin, ailə üzvlərim barəsində etik olmayan ifadələr işlədib. Ümid edirəm ki, məhkəmə mənim nüfuzumu və təhqir olunmağımı əsaslı hesab edəcək, ədalətli qərar verəcək".

Qeyd edək ki, müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub. Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin