Azərbaycanda dəhşətli qətl - OĞUL ANASINI DÖYƏ-DÖYƏ öldürdü

09:48 - 10 Mart 2022

Azərbaycanda dəhşətli qətl - OĞUL ANASINI DÖYƏ-DÖYƏ öldürdü

Martın 9-u saat 19 radələrində 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirova Şabran rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölüb.

 

Prokurorluqdan Manset.az-a verilən məlumata görə, zərərçəkmişin oğlu 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun sərxoş vəziyyətdə olaraq şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuriyyə Nəzirovaya bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla çoxsaylı zərbələr yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhəmməd Nazırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti

22 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin