SON DƏQİQƏ: Ukrayna ordusu bu şəhəri azad etdi

07:30 - 10 Mart 2022

SON DƏQİQƏ: Ukrayna ordusu bu şəhəri azad etdi

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Derqaçi şəhərini ruslardan geri ala bilib.

 

Manset.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.

"Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz onların həmləsini dəf edərək, əks-hücum əməliyyatına başlayıb", - Sinequbov qeyd edib.

Administrasiya rəhbərinin sözlərinə görə, Rusiya tərəfinin itkiləri arasında 2 tank və 2 zirehli texnika da var.

Ukrayna ordusu itki verməyib.


Xəbər xətti

24 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin