Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət VERİLDİ

23:41 - 9 Mart 2022

Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət VERİLDİ

Müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Manşet.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.
Şikayəti hakim Mahirə Kərimova araşdıracaq.
Qeyd edək ki, Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Müğənni ötən həftə məhkəmədə ifadə verib.(apa.az)


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin