Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
15:10 - 9 Mart 2022
Futbol tarixində “feyr-pley”ə layiq hərəkətlər araşdırılıb.
Manset.az xəbər verir ki, 8 belə jestə yer verilib və onlar arasında Azərbaycan təmsilçisi də var.
Bu mövsüm Avropa Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Marsel”ə vurduğu qolun baş məşqçi Qurban Qurbanovun müdaxiləsindən sonra ləğv olunması ən ədalətli jestlər sırasına düşüb. Bakıdakı görüşün birinci hissəsində cinah ötürməsini İbrahima Vadji qapıdan keçirib və baş hakim qolu qeydə alıb. Forvard topu əllə vurduğunu bildirməsə də, yalnız Qurbanovun məsləhətindən sonra hakimə gerçəyi deyib və qol ləğv edilib.
Seçilən digər 7 “feyr-pley” hərəkəti bunlardır:
Miroslav Kloze (“Latsio”) – rəqib “Napoli”
2012-ci il. Kornerdən ötürmədən sonra topu əllə qapıdan keçirdiyini hakimə bildirərək qolu ləğv etdirib.
Morten Viqhorst (Danimarka) – rəqib İran
2003-cü il. Rəqib müdafiəçinin matçın bitdiyini zənn edib topu cərimə meydanı daxilində əlinə götürdüyü üçün təyin olunan penaltini kənara vurub.
Erik Myölde (“Brann”) – rəqib “Lilleström”
2012-ci il. Futbolçu zədələndiyi üçün dayandırılan oyunun bərpası zamanı “Brann”ın kapitanı Erik Myöldenin rəqibə ötürdüyü top qapıçının irəlidə olması səbəbindən tora daxil olub. Kapitanın komanda yoldaşlarına göstərişindən sonra “Lillestrom”un oyunçusu topu mərkəzdən başlayaraq heç kim maneçilik törətmədən qapıdan keçirib.
Marselo Byelsa (“Lids”) – rəqib “Aston Villa”
2020-ci il. “Aston Villa”nın oyunçusunun mərkəzdə zədələnməsinə baxmayaraq, oyunu davam etdirən “Lids” futbolçuları qol vurublar. Nəticədə iki komanda arasında dava-dalaş düşüb. Məsələyə müdaxilə edən Byelsa rəqibin qol vurmasına mane olmamalarını oyunçularına tapşırıb.
Arsen Venqer (“Arsenal”) – rəqib “Şeffild Yunayted”
1999-cu il. “Şeffild Yunayted”in oyunçusu zədələndiyi üçün qapıçı topu kənara vurub. Ancaq topu meydana daxil edilən “Arsenal” futbolçuları onu rəqibə vermək əvəzinə anidən hücuma atılaraq qol vurub. Bu sayədə “topçular” ölkə kubokunda mərhələ adlayıb. Lakin qarşılaşmadan sonra Arsen Venqer mübahisəli qolun ləğvini və matçın yenidən keçirilməsini tələb edib. İngiltərə Futbol Assosiasiyası da bunu qəbul edib.
Daniele De Rossi (“Roma”) – rəqib “Messina”
2006-cı il. Cərimə zərbəsindən sonra topu əllə qapıdan keçirdiyini hakimə bildirərək qolu ləğv etdirib.
Paolo Di Kanio (“Everton”) – rəqib “Vest Hem”
2000-ci il. Rəqib qapıçı zədələndiyi üçün cinah ötürməsindən sonra topu boş qapıdan keçirmək imkanı olduğu halda onu əli ilə tutaraq qolkiperə tərəf irəliləyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin