"Taliban" Əfqanıstanın onlarla rayon mərkəzlərini ələ keçirib - Pentaqon

08:33 - 9 İyul 2021

"Taliban" radikal hərəkatı Əfqanıstanda onlarla rayon mərkəzinə nəzarəti ələ keçirib.

 

Manset.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bunu Pentaqoun mətbuat katibi Con Kirbi jurnalistlər üçün keçirilən mütəmadi brifinqdə Əfqanıstandakı hazırkı vəziyyətlə bağlı açıqlamasında deyib.

C.Kirbi bildirib: "Taliblər onlarla rayon mərkəzlərini ələ keçiriblər, bu doğrudur. Biz hesab edirik ki, onlar əyalət mərkəzlərini də əl keçirmək istəyəcəklər".

Onun sözlərinə görə, ABŞ hesab edir ki, Əfqanıstanda vəziyyət yalnız siyasi yolla nizamlanmalıdır: "Bu müharibənin siyasi həllinə dair danışıqlarda israr etməyə davam etmək bizim üçün vacibdir. Bu, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması və "Taliban"ın bu ölkədəki nüfuzunun artması fonunda xüsusilə vacibdir".

C.Kirbi hesab edir ki, Əfqanıstanın Silahlı Qüvvələri "Taliban"la mübarizə üçün bütün imkanalara sahibdir.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin