Bu, hər bir məmur və deputat üçün örnəkdir - Paşayeva

10:40 - 8 İyun 2021

Bu, hər bir məmur və deputat üçün örnəkdir - Paşayeva

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Tovuzda seçicilər, şəhid ailələri və qazilərlə görüşüb.

Manset.az xəbər verir ki, görüş zamanı onların problemlərini dinləyən millət vəkili bir sıra məsələ ilə bağlı dövlət orqanları ilə telefonla əlaqə saxlayıb, bəzi məsələlərlə əlaqədar isə aidiyyəti şəxslərə məktubla müraciət edib.

Q.Paşayeva dövlət rəhbərliyinin şəhid və qazi ailələriə qayğısından danışıb və bunun hər bir məmur və deputat üçün örnək olduğunu bildirib.

"Sizin qayğınız bizim qayğımızdır. Biz hər bir seçicinin, hər bir vətəndaşın qayğılarını öz qayğımız bilmədən ümumvətəndaş, ümumölkə inkişafına töhfə verə bilmərik. Biz dövlət-xalq birliyinin təntənəsini Vətən müharibəsində gördük. Bu birlik xalqımızın xarakterinin göstəricisidir".

Sonda Q.Paşayeva görüş iştirakçılarına xatirə hədiyyələri təqdim edib.


Xəbər xətti

3 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin