Şəbnəm Tovuzlu müharibəyə görə 50 min manat ziyana DÜŞDÜ

15:43 - 8 Mart 2022

Şəbnəm Tovuzlu müharibəyə görə 50 min manat ziyana DÜŞDÜ

Azərbaycandan Rusiyaya uçuşlar dayandırıldığı üçün müğənni Şəbnəm Tovuzlu ziyana düşüb.

 

Manset.az xəbər verir ki, bunu ifaçı "olay"-a açıqlaması zamanı deyib. O bildirib ki, Rusiyada yeddi toyda oxumalı imiş:

“Vəziyyətim çox pisdir. Hazırda martın sonuna kimi Rusiyada 7 toyum naməlum vəziyyətdə qalıb. Çox pis olmuşam. Toy sahibləri də çarəsizdir. Bilmirəm necə olacaq. Xeyli biletimiz, 50 min manata yaxın qonorarım batdı”.

Qeyd edək ki, beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar, Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılıb.


Xəbər xətti

16 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin