Azərbaycan nefti BAHALAŞDI

10:25 - 8 Mart 2022

Azərbaycan nefti BAHALAŞDI

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 7-də 128,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 9,93 dollar/barel çoxdur.

 

Manset.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 126,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 10,07 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 95,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 10,39 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 130,05 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 9,82 dollar/barel çoxdur.


Xəbər xətti

25 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin