Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
00:40 - 8 Mart 2022
UEFA Fransanın "Marsel" klubunu cərimələyib.
Manset.az xəbər verir ki, buna komandanın Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la ev oyununda tribunada erməni bayrağının açılması səbəb olub. "Marsel" 44 min 250 avro cərimələnib.
Klub azarkeşlərinin təxribat xarakterli davranışlarına görə 20, tribunada qadağan olunmuş fişənglərdən istifadəyə görə 10 min 250, sektorlarda keçidlərin bağlanmasına görə isə 14 min avro cərimələnib.
Xatırladaq ki, Fransadakı oyunda "Marsel" 3:1, Bakıdakı cavab matçında isə 3:0 hesablı qələbə qazanaraq 1/8 finala yüksəlib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin