Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
22:50 - 7 Mart 2022
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.
Manşet.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 yunan-Roma güləşçisindən 2-si finala yüksəlib.
Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2, ardından bolqarıstanlı İlya Mustakova 6:1 hesabı ilə qalib gəlib.
Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqarıstanlı Martin Dimitrovu tam üstünlüklə (9:0), 1/4 finalda macarıstanlı Kriştofer Klanyini 7:0, yarımfinalda serbiyalı Aleksa İliçi 5:1 hesabı ilə yenib.
Həm Babaşov, həm də Həsənli martın 8-də keçiriləcək həlledici görüşdə gürcüstanlı Giorgi Şotadze və Davit Soloqaşvili ilə mübarizə aparacaq.
Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində danimarkalı Turpal-Ali Bisultanovla bacarmayıb - 2:10. Lakin rəqib finaladək irəlilədiyi üçün Vəliyev martın 8-də türkiyəli Muhitdin Sarıçiçeklə təsəlliverici görüşə çıxacaq.
Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. O, çexiyalı Marsel Albinini 13:5 hesabı ilə yenərək, yarımfinala vəsiqə əldə edib. Məmmədov finala gedən yolda türkiyəli Fatih Bozkurta uduzub - 6:13. O, martın 8-də yunanıstanlı Nikolaos Ntuniasla üçüncü yer üçün güləşəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin