Polşa Ukraynaya sovet istehsalı qırıcı təyyarələr VERİB?

21:19 - 7 Mart 2022

Polşa Ukraynaya sovet istehsalı qırıcı təyyarələr VERİB?

Rəsmi Varşava Ukraynaya sovet istehsalı qırıcı təyyarələrin verilməsinə dair xəbərləri təkzib edib.

Manşet.az xəbər verir ki, bu barədə hökumətin sosial media hesabında açıqlama verilib.

Bildirilib ki, Ukraynaya döyüş təyyarələri göndərilməyib və eləcə də Polşa aviabazalarından belə uçuşlara icazə verilmir.

Polşa hökumətinin mətbuat katibi Piotr Müller Polşa Baş Qərargahının “MiQ-29“ qırıcılarının öz bazalarını tərk etmədiyinə dair məlumatını təkrar diqqətə çatdırıb.

P.Müller əlavə edib ki, Polşa NATO-nun üzvüdür və NATO hücum deyil, müdafiə məqsədləri güdən alyansdır.

Qeyd edək ki, bir çox mətbu orqanlarında Polşanın sovet istehsalı qırıcıları Ukraynaya təhvil verəcəyini, əvəzində isə ABŞ istehsalı olan “F-16” tipli qırıcılar alacağına dair məlumatlar yayılmışdı. ABŞ tərəfi belə bir təklifin olduğunu təsdiqləyib, Polşa rəsmiləri isə bu istiqamətdə müzakirələrin aparıldığını, lakin qərar verilmədiyini açıqlayıblar. Eyni zamanda vurğulanıb ki, belə bir müzakirənin aparılması Polşa ərazisindən təyyarələrin artıq döyüş məqsədilə Ukrayna istiqamətində start götürməsi mənası vermir.


Xəbər xətti

7 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin