Aytacın qətlinə görə saxlanılan var - Qadındır

18:41 - 6 Mart 2022

Aytacın qətlinə görə saxlanılan var - Qadındır

Qəbələdə törədilən dəhşətli qətl hadisəsinə görə bir nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib ki, martın 5-də Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat  tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.

Qafqazinfo-nun əldə etdiyi məlumata görə, qətli törədən mərhumun ərinin sevgilisinin rəfiqəsi imiş.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin