Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
17:11 - 6 Mart 2022
"Belə bir oyunda start heyətində meydana çıxmaq inanılmaz hissdir".
Manset.az-ın məlumatına görə, bunu Zaqreb "Dinamo"sunun futbolçusu Mahir Emreli evdə "Şibenik"ə 3:0 hesabı ilə qalib gəldikləri Xorvatiya I liqasının 26-cı tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Xorvatiya çempionatında debüt görüşünü dəyərləndirən 25 yaşlı hücumçu çoxdandır ilk "11-lik"də yer almadığını bildirib: "Bu, həm klub, həm də azarkeşlər üçün xüsusi oyun idi. Qələbə qazandığımız üçün şadam. Hesab edirəm ki, bu əhval-ruhiyyə ilə davam etməliyik. Bizim üçün heç bir oyun asan olmayacaq. Amma komanda kimi işləsək və belə oynasaq, hər şey yaxşı olacaq".
İlk hissədə uzaq məsafədən vurduğu topun qapı dirəyinə tuş gəlməsinə münasibət bildirən Azərbaycan millisinin üzvü bunu uğursuzluqla əlaqələndirib: "Baş məşqçi və komanda yoldaşlarım dedilər ki, çərçivəni görən kimi zərbə endir. Mən də belə etdim. Təəssüf ki, alınmadı. Amma bu epizod haqqında çox düşünmək istəmirəm. Uzun müddətdir oynamadığım üçün çox çalışmalıyam. Düşünürəm ki, tezliklə əvvəlki formama qayıdacağam və komandama kömək edə biləcəyəm".
Emreli növbəti turda "Hayduk"a qarşı keçirəcəkləri derbi matçından da söz açıb: "Bu qarşılaşma haqqında eşitmişəm. Amma dediyim kimi, önəmli olan rəqibi deyil, öz oyunumuzu düşünmək və 3 xal uğrunda mübarizə aparmaqdır".
Qeyd edək ki, ilk dəfə "Dinamo"nun heyətində start "11-liy"ində meydana çıxan Mahir Emreli 60-cı dəqiqədə əvəzlənib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin