Veteranların müavinətləri bu qədər artırılsın - Təklif verildi
28 Noyabr 2024
14:04 - 6 Mart 2022
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirəcək.
Manset.az xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı beşinci qarşılaşmasında qara fiqurlarla rusiyalı Aleksandr Predke ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Məmmədyarov Predke ilə üçüncü turda ağ fiqurlarla heç-heçə edib. O, birinci və dördüncü turlarda çinli Yu Yanqyu ilə, ikinci turda isə fransalı Maksim Vaşye-Laqravla bərabərə qalıb.
Hazırda Vaşye-Laqrav 2,5 xalla qrupa başçılıq edir. Hərəyə 2 xalı olan Məmmədyarov və Yanqyu 2-3-cü yerləri bölüşdürür. Predke isə 1,5 xalla sonuncu pillədə qərarlaşıb.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin